Nar yenilənmiş “Ailəm” paketini təqdim etdi

18-08-2016 / 17:37

Nar öz müştərilərinə yenilənmiş “Ailəm” paketini təqdim edib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Nar istifadəçilərinə doğmaları və yaxınları ilə pulsuz danışmaq fürsəti verən “Ailəm” paketi 4 nömrədən ibarətdir. Paketə daxil olan nömrələr arasında zənglər 3 ay müddətində pulsuzdur.

Dördüncü aydan etibarən, bu zənglərin dəqiqəsi 1 qəpik olaraq hesablanır. Paket daxilində ölkədaxili bütün istiqamətlərə zənglərin dəqiqəsi 4 qəpikdir.

Bundan başqa, “Ailəm” paketinə qoşulduqda, istənilən “Turbo” internet paketini sifariş etmək mümkündür.

Qeyd edək ki, 4 Nar nömrədən ibarət olan “Ailəm” paketinin dəyəri cəmi 6 AZN-dir. Həmçinin, paketə mövcud Nar abunəçiləri və mobil nömrələrin daşınması xidməti vasitəsilə Nar-a keçmiş digər operatorların abunəçiləri də qoşula bilərlər.

Nömrələrini 1 paket daxilində birləşdirmək istəyən 4 Nar abunəçisinin şəxsiyyət vəsiqələri ilə birlikdə Nar mərkəzlərindən birinə müraciət etmələri kifayətdir.

“Ailəm” paketi haqqında daha ətraflı məlumatı nar.az saytından əldə etmək mümkündür.  

Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə