Nar Zərdabda yeni rəsmi mağazasını təqdim etdi

29-01-2019 / 15:08

“Nar” bölgələrdə yaşayan sakinlərin rahatlığını və onlara göstərilən xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə mağazalarının sayını artırmaqdadır. 

Xeberler.az  bildirir ki, mobil operator növbəti rəsmi və yeni konseptə uyğun mağazasını Zərdab rayonunda təqdim edib. Müasir avadanlıqlarla təchiz edilmiş mağaza Zərdab rayonu, Azərbaycan prospektində yerləşir. Özünün müştəri yönümlülük və davamlı təkmilləşmə dəyərlərinə sadiq qalan “Nar”, yeni dükanda müxtəlif təkliflərlə müştərilərinə xidmət göstərəcək. Mağazada müştərilərə nömrələr üzərində müxtəlif əməliyyatların həyata keçirilməsi, satışı, internet paketlərinin alışı, telefonların satışı ilə yanaşı, diler əməkdaşları tərəfindən digər yüksəkkeyfiyyətli müştəri xidmətləri göstəriləcək.

Yeni dükanın təqdimatı ilə əlaqədar olaraq yanvarın 29-u və 30-da hər bir müştəriyə “Nar” nömrə hədiyyə ediləcək. Bundan başqa, telefon və aksesuar alan alıcılara da hədiyyələr veriləcək. Qeyd edək ki, “Nar” paytaxtla yanaşı, ölkənin regionlarına xüsusi diqqəti ilə seçilir və bölgələrdə yaşayan abunəçilərə yüksəkkeyfiyyətli mobil rabitə xidməti göstərir. Bu çərçivədə “Nar” xüsusi olaraq Azərbaycanın müxtəlif bölgələri üçün yaradılmış və abunəçilərə yaşadıqları bölgələrdə dəqiqəsi cəmi 1 qəpiyə danışmaq imkanı vermiş “Yerlim” tariflər toplusunu təqdim edib. Bu tariflə
hər kəs yaşadığı bölgədə doğmaları, dostları, bir sözlə, bütün yerlilərinə dəqiqəsi cəmi 1 qəpiyə zəng etmək fürsəti qazanıb. “Nar” mağazalarının ünvanı və xidmətləri haqqında ətraflı məlumatı nar.az/map internet səhifəsindən öyrənmək olar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə