NASA Ayın nadir fotolarını lentə alıb

06-08-2015 / 16:50

ABŞ Milli Aerokosmik Agentliyi (NASA) ilk dəfə Ayın nadir fotolarını lentə alıb.

Xəbərlər-in NASA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ictimaiyyətlə paylaşılan bu şəkillərdə Ay orbitinin qaranlıq hissəsi əks tərəfdən, Yer kürəsinin fonunda çəkilib.

Elm adamları buna Deep Space Climate Observatory adlı kosmik cihazın yardımı ilə müvəffəq ola biliblər. Məlumatda qeyd olunur ki, DSCOVR 2015-ci ildə kosmik fəzaya buraxılıb və bu qurğu kosmosda rəsədxana fəaliyyətini icra edir.

Yerdən 1,5 milyon kilometr aralıda yerləşən sözügedən cihaz planetin atmosfer səthi ilə yanaşı, günəş aktivliyi və ulduzdan sızan külək kütləsini də müşahidə edir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə