NASA internetdə GIF kanalını yaradıb

13-12-2016 / 11:23

NASA Agentliyinin ən maraqlı görüntülərinə baxmaq mümkün olacaq.

NASA Agentliyi Giphy saytında şəxsi səhifəsini yaradıb.

Artıq agentliyin əməkdaşları kosmosla bağlı ən maraqlı GIF-şəkilləri həmin kanalda yerləşdirə biləcəklər.

Xeberler.az-ın məlumatına görə, bu barədə məlumat təşkilatın Twitter sosial şəbəkəsindəki rəsmi hesabında yer alıb.

Bildirilir ki, NASA-nın arxivi kosmosa dair böyük miqdarda videoyazıyla doludur, indi onları Giphy-də görmək mümkün olacaq.

Kosmik təşkilatın əməkdaşları belə qərara gəliblər ki, ən maraqlı video və qısa animasiyaları konversiya edərək onları ümumdünya hörümçək torunun istifadəçiləriylə bölüşsünlər.

Məlumata görə, Giphy-də səhifənin materiallarla doldurulması üzərində işə artıq başlanılıb. Artıq NASA əməkdaşları səhifədə 462 GIF-şəkil dərc ediblər. Burada müxtəlif planetlərin səthinə yaxınlaşmaları, marsda gəzən robotların hərəkətlərini, qravitasiya ilə aparılan təcrübələri, kosmik aparatların enişini, o cümlədən bir çox başqa maraqlı kadrları görmək mümkündür.

NASA əmindir ki, Giphy-də yaradılmış səhifə sosial şəbəkə istifadəçilərinə daha əvvvəl görmədikləri maraqlı və təkraredilməz anları nümayiş etdirəcək.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə