NASA və İsrail arasında saziş imzalanıb

14-10-2015 / 17:16

ABŞ Kosmik Agentliyi (NASA) və İsrail Kosmik Agentliyi (Israel Space Agency - ISA) arasında əməkdaşlığa dair saziş imzalanıb.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, sənəd Yerusəlimdə keçirilən beynəlxalq astronavtika konqresi çərçivəsində NASA rəhbəri Çarlz Bolden və ISA direktoru Menahem Kedron tərəfindən imzalanıb.  

Ç.Boldenin sözlərinə görə, bu əməkdaşlıq NASA üçün agentlik əməkdaşlarının İsrailin bütün innovativ texnologiyalarından yararlanmaq imkanı yaratmasına görə böyük əhəmiyyət kəsb edir.  

“Ölkələrimiz təkcə təhlükəsizlik sahəsində deyil, həm də kosmik məkanın mənimsənilməsi, eləcə də digər elmi layihələrdə uzun müddətdir əməkdaşlıq edir. Biz İsrail ilə imzalanan saziş sayəsində yeni kəşfləri səbirsizliklə gözləyirik”, - agentlik rəhbəri qeyd edib.

Öz növbəsində İsrail təmsilçiləri əmindirlər ki, İsrail Dövlətində hazırlanan texnologiyalardan Marsa planlaşdırılan uçuşlar zamanı istifadə ediləcək.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə