Naxçıvan MR-də 3 ayda 7 poçt şöbə və bölməsi avtomatlaşdırılıb

20-04-2015 / 12:39

Naxçıvan Muxtar Respublikasında poçt sisteminin təkmilləşdirilməsi məqsədilə cari ilin ilk rübü ərzində 7 poçt şöbə və bölməsi avtomatlaşdırılıb.

Xəbərlər-in məlumatına görə, bu,  2015-ci ilin ilk rübündə  muxtar respublikanın sosial-iqtisadi inkişafına dair hesabatda əksini tapıb.

Bununla yanaşı, Şərur rayonunda Kürkənddə və Babək rayonunun Qoşadizə kəndində yeni poçt bölmələri istifadəyə verilib, Culfa rayonunun Bənəniyar kəndində poçt bölməsi əsaslı təmir edilib.

Bundan əlavə, Naxçıvan şəhərinin Qaraçuq kəndində poçt bölməsi yeni binaya köçürülüb, Ordubad rayonunun Dəstə və Kotam, Culfa rayonunun Şurud kəndlərində və Şərur rayonunda Cəlilkənddə poçt bölmələri lazımi avadanlıqlarla təmin olunub.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə