Naxçıvan MR-də telefon aparatlarının sayı 72-yə çatıb

20-04-2015 / 13:35

Bu ilin yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikasında 883 ədəd yeni telefon sabit şəbəkəyə qoşulub, aprelin 1-dən  hər yüz ailəyə düşən telefon aparatlarının sayı 72-yə çatıb.

Xəbərlər-in məlumatına görə,  bu məlumat 2015-ci ilin ilk rübündə  muxtar respublikanın sosial-iqtisadi inkişafına dair hesabatda yer alıb.

Hesabatda həmçinin qeyd olunub ki, bu müddətdə Babək rayonunun Qoşadizə kəndində 336, Culfa rayonunun Şurud kəndində 384 nömrə tutumlu avtomat telefon stansiyaları qurulub.

Babək rayonunda ümumi tutumu 1024 nömrə olan mərkəzi avtomat telefon stansiyası yeni rabitə evinə, Naxçıvan şəhərinin Qaraçuq kəndində avtomat telefon stansiyası isə yeni binaya köçürülüb.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə