Naxçıvan MR-in İKT və poçt sektorunun inkişafının əsas göstəriciləri açıqlanıb

22-10-2013 / 00:18

Naxçıvan Muxtar Respublikasının davamlı inkişaf siyasətinin əsas istiqamətlərindən olan informasiya və kommunikasiya texnologiyaları sahəsinin sürətli inkişafı 2013-cu ilin yanvar-sentyabr aylarında da saxlanılıb.

Bu dövr ərzində Naxçıvan şəhərinin Tumbul kəndində 512, Şərur rayonunun Sərxanlı kəndində 384, Həmzəli kəndində 128, Gümüşlu kəndində 96, Babək rayonunun Şəkərabad kəndində 576, Ordubad rayonunun Çənnəb kəndində 32, Culfa rayonunun Kırna kəndində 384 və Sahbuz rayonunun Badamlı qəsəbəsində 128 nömrə tutumlu avtomat telefon stansiyaları quraşdırılıb.

Muxtar Respublikada poçt xidmətlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Ötən dövr ərzində poçt xidmətlərinin müasir tələblər səviyyəsində həyata keçirilməsini, ənənəvi xidmətlərlə yanaşı, əhaliyə bank-maliyyə xidmətlərinin göstərilməsini və kommunal xidmət haqlarının poçtlar vasitəsilə yığılmasını təmin etmək, eləcə də bu sahədə idarəetməni təkmilləşdirmək məqsədilə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Cari ilin yanvar-sentyabr ayları ərzində Şərur rayonunun Gümüşlu, Sərxanlı, Babək rayonunun Şəkərabad, Ordubad rayonunun Çənnəb, Culfa rayonunun Kırna və Şahbuz rayonunun Ağbulaq kəndlərində yeni poçt bölmələri istifadəyə verilib.

Bu ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada 1443 ədəd yeni stasionar telefon sabit şəbəkəyə qoşulub, 1 oktyabr 2013-cu il tarixə hər yüz ailəyə düşən stasionar telefon aparatlarının sayı 67-yə çatıb. 1 oktyabr 2013-cu il tarixə aktiv istifadə olunan mobil telefonların sayı 445812 ədəd, əhalinin hər 100 nəfərinə düşən mobil telefonların sayı isə 104 ədəd olub.

2013-cu ilin ötən dövrü ərzində muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2012-ci ilin müvafiq dövründəki göstəricini 6,6 faiz üstələyərək 35 milyon 49 min manat olub. Ümumi xidmətlərin 85,8 faizi mobil rabitə xidmətinin payına düşüb ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricidən 6,4 faiz çoxdur.(ictnews.az)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə