Naxçıvana daxil olan internetin həcmi artırılıb

13-08-2015 / 10:36

 İyul ayında Naxçıvan Muxtar Respublikasına daxil olan internet trafikin həcmi 10 Gb/s-dək artırılıb.

Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyindən  Xeberler.az-a verilən məlumata görə, bu sahədə görülən işlər internet istifadəçilərinin sayına da öz təsirini göstərib. Belə ki, ötən ay 435 yeni abunəçi genişzolaqlı ADSL texnologiyasından istifadə etməyə başlayıb.

Bu dövrdə Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində kompüter kursları üzrə 37 dinləyici təhsilini davam etdirib.

Xeberler.az 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə