Naxçıvanda 10 mindən çox yeni telefon nömrəsi istifadəyə verilib

14-02-2017 / 12:36

Ötən il Naxçıvanda 23 yeni nəsil avtomat telefon stansiyası alınıb məntəqələrdə qurulub. Ümumilikdə,  il ərzində yeni istifadəyə verilən avtomat telefon stansiyalarının sayı 28 ədəd olub. Hazırda muxtar respublika üzrə telefon istifadəçilərinin 70 faizinə yeni nəsil telefon stansiyaları vasitəsilə xidmət edilir.

Bu barədə Xeberler.az-a  Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyindən məlumat verilib.

Vurğulanıb ki, il ərzində məftilli və mobil olmaqla, 10648 yeni telefon nömrəsi istifadəyə verilib. Bura 2017-ci ilin yanvar ayının 1-dək vətəndaşlar tərəfindən əldə edilmiş 7632 ədəd Naxtel 4G nömrələri də daxildir.

Qeyd edilib ki, “Evədək optika” layihəsi üzrə  fərdi mənzillərlə yanaşı, 10 çoxmənzilli binada yaşayan sakinlər üçün GPON adlanan optik şəbəkə xidmətləri infra­strukturu yaradılıb.

Ötən il muxtar respublika İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi tərəfindən şəhər və rayon avtomat telefon stansiyalarında 38 ədəd DSLAM avadanlığı qurulmaqla 5181 abunəçiyə genişzolaqlı internet xidməti təqdim edilib.

Məlumata görə, Türk Telekom-la bağlanmış müqavilələr əsasında Türkiyə istiqamətindən ikinci fiber optik kabel xətti çəkilərək alternativ optik kabel magistralına qoşulması təmin edilib.

Bundan başqa, Türk Telekom-dan 4Giqabit/s sürətli sinxron internet trafiki alınaraq muxtar respublikaya daxil olan internet trafikinin həcmi saniyədə 8Gb çatdırılıb.

Hazırda muxtar respublikanın yaşayış məntəqələrinin 98 faizində genişzolaqlı, 99 faizində simsiz internet xidmətləri göstərilir.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.