Naxçıvanda 1297 yeni telefon nömrəsi istismara verilib

08-08-2017 / 10:42

Bu il Naxçıvan Muxtar Respublikasında Şərur rayonunun Arpaçay və Çəmənli kəndlərinin hər birində 384 yerlik NGN tipli yeni avtomat telefon stansiyaları qurulub, Arpaçay kəndində poçt bölməsi yaradılıb.

Bu barədə Xeberler.az-a Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, mövcud avtomat telefon stansiyaların nömrə tutumlarının artırılması nəticəsində 1297 yeni telefon nömrəsi istismara verilib.

Bu dövrdə 18 min 705 metr fiber-optik kabel xətti çəkilib, 2046 yeni abunəçi genişzolaqlı və sürətli internetlə təmin olunub.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agent­liyinin internet səhifəsi hazırlanın, agentlik İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulub.

Məlumata görə, Nazirlik qeyd olunan dövrdə kadr hazırlığı məsələlərinə də xüsusi diqqət yetirib.

Belə ki, İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində təşkil olunan 20 ümumi və 76 fərdi kompüter kursunda 248 nəfər iştirak edib. Həmçinin Naxçıvan Dövlət Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində müvafiq ixtisaslar üzrə təhsil alan gənclər nazirlikdə istehsalat təcrübəsi keçib.

 Çin Xalq Respublikasının Huawei şirkəti tərəfindən “Naxçıvan” Universitetində “Gələcəyin İKT sahəsindəki toxumları” adlı ikinci proqram-layihənin seçim turu da keçirilib.  Muxtar respublikanın ali təhsil ocaqlarından 40 tələbənin qatıldığı pro­qram-layihə çərçivəsində komissiya üzvləri tərəfindən Çin Xalq Respublikasına istehsalat təcrübəsinə göndərilmək üçün 12 tələbə seçilib.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.