Naxçıvanda 28 fərdi mənzilə optik kabel xətti çəkilib

30-07-2015 / 14:30

“Naxçıvan Muxtar Respublikasında genişzolaqlı ADSL texnologiyasından istifadə edən İnternet abunəçilərinin sayı 2 min 566 nəfər olub, 42 nəfərə “Elektron imza” verilib”.

Xeberler.az-ın məlumatına görə, bunu Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov deyib.

O, vurğulayıb ki, ötən dövrdə bütün yaşayış məntəqələrində genişzolaqlı internet xidmətlərinin təşkil edilməsi üçün tədbirlər davam etdirilib:

“Muxtar respublikanın orta məktəblərində daxili şəbəkələr qurulub və internetə qoşulub. Muxtar respublika ərazisindəki yaşayış məntəqələrinin 100 faizində rəqəmsal radio yayımı təmin edilib. Bundan əlavə, Naxçıvan televiziyası HD formatda yayıma başlayıb. Yaşayış məntəqələrinin 94 faizində genişzolaqlı, 83 faizində isə simsiz İnternet xidmətlərinin göstərilməsi üçün lazımi avadanlıqlar qurulub.”

Rövşən Məmmədov onu da qeyd edib ki, optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan verib:

“Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrası davam etdirilib, 28 fərdi mənzilə optik kabel xətti çəkilib. Yarımildə Ordubad rayonunun Çənnəb-Üstüpü, Babək rayonunun Nəhəcir, Şərur rayonunun Aşağı Yaycı-Yuxarı Yaycı, Kərimbəyli-Axaməd, Kürkənd-Kürçülü kənd mərkəzlərinə fiber-optik kabel xətləri çəkilmişdir. Ümumilikdə, muxtar respublika üzrə 2015-ci ilin I yarımili ərzində 59 min 192 metr fiber-optik kabel xəttinin tikintisi aparılıb”.

.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.