Naxçıvanda 8 poçt şöbə və bölməsi avtomatlaşdırılıb

30-07-2015 / 14:41

Naxçıvan muxtar respublikasında 8 poçt şöbə və bölməsi avtomatlaşdırılıb. Avtomatlaşdırılmış poçt bölmə və şöbələrinin sayı 126-ya çatdırılıb.

Xeberler.az-ın məlumatına görə, bunu Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov deyib.

O, vurğulayıb ki, tikintisi başa çatdırılan 242 kilometrlik Sədərək-Ordubad alternativ fiber-optik kabel magistralının təqdimatı olub və Babək rayon telekommunikasiya şəbəkəsinin alternativ fiber-optik kabel magistralına birləşdirən sistem işə salınıb.

Rövşən Məmmədov onu da qeyd edib ki, muxtar respublika üzrə bütün poçt şöbə və bölmələri POS-terminallarla təmin edilib.

Qeyd edək ki,  Xeberler.az bu ilin aprel ayında Naxçıvanda 7 poçt şöbə və bölməsinin avtomatlaşdırıldığı haqqında məlumat vermişdi.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.