Naxçıvanda təhsil müəssisələrinə sürətli internet çəkilib

15-02-2017 / 11:33

Ötən il Naxçıvanda İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi tərəfindən şəhər və rayon avtomat telefon stansiyalarında 38 ədəd DSLAM avadanlığı qurulmaqla 5181 abunəçiyə genişzolaqlı internet xidməti təqdim edilib.

Bu barədə Xeberler.az-a Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, muxtar respublikanın təhsil müəssisələrinin informasiya texnologiyaları ilə təmin edilməsi ilə bağlı verilən tapşırığa uyğun olaraq, 19 tam orta məktəb, Naxçıvan Texniki Kolleci və Şərur şəhərindəki Fizika-Riyaziyyat Təmayüllü Liseyi kompüter avadanlıqları, optik arabağlantı və sürətli internetlə təmin olunub.

Naxçıvanpoçt Məhdud Məsuliyyətli Cəmiyyətinin kompüter şəbəkəsinin Mərkəzi Bankın Hökumət Ödəniş Portalına qoşulması prosesi başa çatdırılıb.

Bildirilib ki, Naxçıvanda  vətəndaşların müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi sistemləri İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanaraq istismara verilib, 81 təşkilat bu sistemə qoşulub.

Ötən il Çin Xalq Respublikasının Huawei şirkəti tərəfindən Naxçıvan Universitetində Azərbaycanda ilk dəfə “Gələcəyin İKT sahəsindəki toxumları” adlı pro­qram-layihə həyata keçirilib.

Layihə çərçivəsində Naxçıvandan olan 6 tələbə Çinin  Şenjen şəhərindəki Huawei şirkətinin Yay Təlim Mərkəzində istehsalat təcrübəsi keçib.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.