Nazir Biləsuvar rayonunda vətəndaşlarla görüşəcək

13-12-2018 / 10:30

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə 14.12.2018-ci il tarixində saat 11:30-da Biləsuvar şəhərində Biləsuvar, Cəlilabad, Salyan, Neftçala və Cəbrayıl rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Xeberler.az  bildirir ki, vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Biləsuvar rayonunda 025 2951335
Cəlilabad rayonunda 025 2452248
Salyan rayonunda 021 2550615
Neftçala rayonunda 021 2633628
Cəbrayıl rayonu üzrə 026 3843899 nömrəli telefonlara zəng etmələri xahiş olunur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə