Nazir Huawei şirkətinin vitse-prezidenti ilə görüşüb

07-07-2017 / 15:11

İyulun 7-də iqtisadiyyat naziri Şahin Mustafayev Çinin Huawei şirkətinin Mərkəzi Asiya və Qafqaz regionu üzrə vitse-prezidenti Hou Tao ilə görüşüb.

Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, İKT sahəsində əməkdaşlıq imkanlarının müzakirə edildiyi görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin genişləndiyini, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafında rolunu vurğulayıb.

Qeyd edilib ki, qeyri-neft sektorunun, o cümlədən İKT-nin inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir və indiyədək bu sahədə bir sıra işlər görülüb.

Azərbaycan İKT sahəsində dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında Çində keçirilən "Bir kəmər - bir yol" iqtisadi inkişaf strategiyası üzrə keçirilən Yüksək Səviyyəli Beynəlxalq Forum çərçivəsində Azərbaycan və Çin arasında digər sahələrlə yanaşı, İKT sahəsində əməkdaşlıq imkanları da müzakirə edilib.

Bu baxımdan dünyada aparıcı şirkətlərdən olan Huawei ilə korporativ sahədə, rəqəmsal iqtisadiyyat və s. kimi istiqamətlər üzrə əməkdaşlıq edilə bilər.

Huawei şirkətinin Naxçıvanda fiziki cəhətdən qüsurlu insanlara elektron təhsil sistemi hədiyyə etməsini yüksək qiymətləndirib, Bakı Ələt Ticarət Limanında görülmüş işlər barədə məlumat verərək, şirkəti burada yaradılmış əlverişli vergi və gömrük rejimindən yararlanmaqla əməkdaşlığa dəvət edib.

Huawei şirkətinin fəaliyyəti barədə məlumat verən Hou Tao İKT sahəsində dünyada tanınmış şirkətlərdən olan şirkətin 170-dən çox ölkədə, o cümlədən 2001-ci ildən Azərbaycanda fəaliyyət göstərdiyini, Huawei şirkətinin ölkəmizdə fəaliyyətini daha da genişləndirməkdə maraqlı olduğunu bildirib.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə