Nazir müavini “Tərəqqi” medalı ilə təltif edilib

23-06-2015 / 10:18

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bir qisim dövlət qulluqçuları fəxri adlarla təltif edilib.
Ölkə başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq dövlət qulluğunda səmərəli fəaliyyət göstərən şəxsləri təltif edib.

Xeberler.az-ın məlumatına görə, təltif edilənlər sırasında Rabitə və yüksək texnologiyalar nazirinin müavini  Elmir Vəlizadə də var. Nazir müavini “Tərəqqi” medalına layiq görülüb.

Avtomatlaşdırılmış İdarəetmə Sistemləri ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) bitirən Elmir Vəlizadə süni intellekt və ekspert sistemləri mövzusu üzrə elmi tədqiqatlarla məşğul olmuş, bir neçə elmi məqalələrin və metodiki vəsaitin müəllifidir.

1991-ci ildə Prezident Aparatında birinci dərəcəli mütəxəssis kimi işə başlayıb. Burada çalışdığı dövrdə ardıcıl olaraq vəzifə pillələri ilə yüksəlib.

Belə ki, 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İnformasiya Resursları və Texnologiyaları Mərkəzinin rəhbəri, 2005-ci ildə isə  Prezidentin İcra Aparatının İnformasiya Resursları və Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.

Ölkə başçısının Sərəncamı ilə 2007-ci il dekabrın 26-da Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini təyin edilib. Hazırda Rabitə və yüksək texnologiyalar nazirinin müavini kimi fəaliyyətini davam etdirir.
 

Xeberler.az
 
 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə