Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

22-02-2019 / 10:15

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə “Dell” şirkətinin Bakıda səfərdə olan nümayəndələri ilə görüşüb.

Xeberler.az  bildirir ki, görüşdə Ramin Quluzadə Azərbaycanda informasiya-kommunikasiya və yüksək texnologiyalarının geniş tətbiqi və bu sahədə həyata keçirilən islahatlar barədə ətraflı danışıb.

Nazir qeyd edib ki, sahənin inkişafı üzrə görülən işlərin daha effektiv olması məqsədi ilə dünyanın nüfuzlu İKT şirkətləri ilə sıx əməkdaşlığa xüsusi önəm verilir.

Görüş zamanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Dell” şirkəti arasında İKT və yüksək texnologiyalar sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Eyni zamanda, şirkət tərəfindən İKT, innovasiyalar və Data Mərkəzi ilə bağlı ölkəmizdə həyata keçiriləcək layihələrə dair fikir mübadiləsi aparılıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.