Nazirin Göygöldə vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi

07-08-2017 / 15:50

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin Göygöldə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib.

Bu barədə Xeberler.az-a NRYTN-dən məlumat verilib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin  mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, avqustun 11-də Göygöl şəhərində Göygöl, Goranboy, Daşkəsən, Samux, Kəlbəcər, Xocalı rayonlarının, Gəncə və Naftalan şəhərlərinin sakinləri ilə keçirilməsi nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib.

Avqust ayı üzrə keçiriləcək görüşün tarixi barədə əvvəlcədən məlumat veriləcək.

Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.