Nazirlik Azercell-i satın aldı

05-03-2018 / 16:06

Payları tam olaraq dövlətə məxsus olan  Azerbaijan International Telecom (AzInTelecom) Məhdud Məsuliyyətli Cəmiyyəti və Niderland qanunvericiliyinə əsasən yaradılmış Fintur Holdings B.V. şirkəti arasında bu gün də Türkiyədə təsis edilmiş Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş. (Azertel) şirkətinin 51,3% səhmlərinin alınması barədə müqavilə imzalanıb.

Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, Azertel Azərbaycan Respublikasında mobil xidmətlər operatoru olan Azercell Telecom Məhdud Məsuliyyətli Cəmiyyətin yeganə təsisçisidir.

Fintur Holdings B.V. şirkətinin səhmdarları İsveç qanunvericiliyinə əsasən qeydiyyata alınmış Telia Company AB açıq səhmdar cəmiyyəti və Türkiyə qanunvericiliyinə əsasən qeydiyyata alınmış Turkcell İletişim Hizmetleri A.Ş səhmdar cəmiyyətidir.

Fintur Holdings B.V. şirkətinin əsas səhmdarı olan Telia Company AB özünün Avrasiya bölgəsində olan biznesindən çıxmaq prosesindədir. O cümlədən həmin proses Telia Company AB şirkətinin Azərbaycan bazarından çıxmağını şərtləndirir.

Azərbaycan telekommunikasiya bazarında Azercell tərəfindən keyfiyyətli rabitə xidmətlərinin göstərilməsinin davam etdirilməsi, bazarın, sabit və rəqabət mühitində inkişafının təmin edilməsi məqsədilə AzInTelecom MMC Telia Company AB və Turkcell İletişim Hizmetleri A.Ş şirkətləri ilə müzakirələr aparılmış və Fintur Holdings B.V. şirkətinin Azertel”şirkətində paylarının AzInTelecom MMC tərəfindən satınalınması barədə razılıq əldə edilib.

Beləliklə, sözügedən müqavilənin imzalanması ilə AzInTelecom MMC Azercell Telekom MMC-nin idarə edilməsini təmin edən səhmlərin nəzarət zərfini əldə etmişdir.

AzInTelecom MMC tərəfindən alınmış səhmlər üçün ödənilmiş qiymət Azercell Telecom MMC-nin qiymətləndirilməsi üçün cəlb edilmiş Ernst & Young  şirkətinin müəyyən etdiyi qiymət çərçivəsinə uyğundur.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada AzİnTelecom-un Azercell-də payların özəlləşdirilməsi barədə qərar qəbul edilənədək, AzİnTelecom Azercell-in iştirakçısı qalacaq və Azercelldə  korporativ idarəetmə və işgüzar fəaliyyət dəyərlərini qorumaq, yeni nəsil texnologiyaların tətbiq edilməsi ilə xidmət keyfiyyətini daha da artırmaq niyyətindədir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin AzInTelecom Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycanın telekommunikasiya operatoru Azercell Telecom-un səhmlərinin nəzarət zərfinin alınması ilə bağlı bu gün müqavilə imzalayıb.

Müqaviləyə əsasən, AzInTelecom MMC ümumi dəyəri 222 AVRO olan Azercell səhmlərin 51.3%-ni əldə edir.

Xeberler.az ilk media orqanıdır ki, bu barədə bir neçə ay öncədən artıq məlumat paylaşmışdı.

 

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.