Nazirlik Azərpoçt xidmətini dayandırdı

01-07-2015 / 14:46

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda İnternet poçt xidmətini müvəqqəti dayandırıb.

Nazirlikdən Xəbərlər-ə verilən məlumata görə,  buna səbəb iyunun 30-da gecə bütün dünyada saatların bir saniyə irəli çəkilməsidir. Mütəxəssislər həmin vaxt komüterlərin söndürülməsi barədə xəbərdarlıq etmişdilər.

Aldığımız məlumatda bildirilir ki, Rabitə və Yüksək Texnologiylar Nazirliyinin komüterlərinin söndürülməsi İnternet sistemində saatların 1 saniyə irəli çəkilməsinin hansısa fəsadlara səbəb olub-olmadığını öyrənmək məqsədi daşıyır. Bu, bir növ nazirlik tərəfindən profilaktik tədbirdir. Buna görə də Azərpoçt vasitəsilə pul köçürmələri, ödənişlər və pul çıxarılmalar müvəqqəti dayandırılıb.

Qeyd edək ki, dünyanın yavaşlayan dövrünə uyğun irəliləməsi üçün atom saatı bir saniyə irəli çəkilib.   Atom saatı atomların rezonans tezliyini sayaraq vaxtı ölçür.

Mövcud tənzimləmə məqsədilə bu gecə atom saatı Qrinviç rəsədxanasının saatına görə, gecə yarısı olmadan öncə bir saniyə irəli çəkilib. Atom saatı bütün dünyanın saatlarını tənzimləmək üçün istifadə edilir. Əgər bu dəyişiklik edilməsə, illər sonra günəşin batması günorta saatlarına təsadüf edəcər.

Qeyd edək ki, atom saatları 1950-ci ildən etibarən kosmik, astronomiya, naviqasiya və s. elmi araşdırmalarda istifadə edilir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə