Nazirlik Çağrı Mərkəzinin fəaliyyətini təkmilləşdirir

20-05-2016 / 10:20

Vergilər Nazirliyində struktur və kadr dəyişiklikləri aparılıb.

Nazirliyin Analitik-informasiya şöbəsindən Xeberler.az-a verilən məlumatda belə deyilir.

Bildirilir ki, vergi ödəyicilərinə xidmətin səviyyəsinin yüksəldilməsi, vergi məlumatlandırılması işinin və vergi qanunvericiliyinə əməl edilməsi səviyyəsinin artırılması, vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi sahəsində aparılan işlərin təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin Çağrı Mərkəzi və Xidmət Mərkəzi ləğv edilərək, Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamenti yaradılıb. Vergi ödəyicilərinə xidmət baş idarəsi rəisinin müavini vəzifəsində işləyən Məhəmməd Yunusov həmin Departamentin rəisi vəzifəsinə keçirilib.

Vergilər Nazirliyinin vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə baş idarəsinin adı dəyişdirilərək Ərazi vergi orqanları ilə iş üzrə baş idarə adlandırılıb. Baş idarənin adı dəyişdirildikdən sonra da bu idarəyə əvvəlki kimi Elçin Bəylərov rəhbərlik edəcək.

Vergilər nazirinin digər əmrləri ilə buna qədər nazirliyin Aparatının rəhbəri işləyən Əli Həsənov Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi, İnsan resursları idarəsi rəisinin birinci müavini vəzifəsində işləmiş Ağasəməd Əfəndiyev isə Vergilər Nazirliyi Aparatının rəhbəri təyin olunub.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.