Nazirlik milli startap ekosistemin formalaşmasına diqqəti artırır

16-12-2016 / 11:42

Dünən ADA Universitetində “Praktiki məsləhətlər üçün regional sessiya” adlı seminar keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, biznes strukturlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, tələbələr iştirak edib.

Tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, “Rusiya Vençur Şirkəti” və “Global Venture Alliance” (GVA) fondunun təşəbbüsü ilə təşkil olunub.

Tədbirin keçirilməsində əsas məqsəd innovativ ekosistemin qurulmasına və yüksək texnologiyalar sahəsində sahibkarlığın inkişafına töhfə verməkdir.

Təhsil Nazirliyi milli startap ekosistemin formalaşmasına diqqəti artırır

Təhsil nazirinin müavini Ceyhun Bayramov ölkəmizdə ilk dəfə olaraq keçirilən seminarın əhəmiyyətindən danışaraq bildirib ki, qlobal iqtisadiyyat, texnologiya, o cümlədən cəmiyyətimizdəki dəyişikliklər təhsil sahəsində də mövcud standartlara dəyişikliklər edilməsi, eyni zamanda yenilərinin tətbiqini zəruri edib:

“Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə təhsilin bütün pillələrinin hərtərəfli inkişafına xüsusi diqqət ayrıldığını deyən nazir müavini qeyd edib ki, hazırda həyata keçirilən sahibkarlıq tədbirlərinin əsasını innovativ, dərin biliklərə və yüksək iqtisadi texnologiyalara söykənən insan kapitalının inkişafı təşkil edir”.     

Ceyhun Bayramov Təhsil Nazirliyinin dövlət və özəl sektordakı tərəfdaşlarla birlikdə ali təhsil müəssisələrində innovativ sahibkarlığın inkişafını gücləndirdiyini, bu sahədəki dünya təcrübəsinin fəal şəkildə öyrənildiyini vurğulayıb.

Daha sonra çıxış edənlər Azərbaycan universitetlərində fəaliyyət göstərən startaplardan, bu sahədə aparılan müvafiq işlərdən danışıb, yüksək texnologiyalar sahəsində yeni layihələrin başlanılması və biznesin inkişafı üçün yaxşı imkanlar olduğunu bildiriblər.

İki gün davam edəcək seminarda ali təhsil müəssisələrinin müəllim və yuxarı kurs tələbələrinə innovativ sahibkarlıq fəaliyyəti üzrə biliklər aşılanacaq.

 Həmçinin keçiriləcək intensiv təlimlər zamanı startap sahibkarlara biznes ideyalarının kommersiyalaşdırılması, potensial investorlara isə sərmayələri üçün perspektivli sahələri təyin etmələri məqsədilə təkliflər veriləcəkdir.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə