Nazirlik mobil tətbiq müsabiqəsinin qaliblərini açıqlayacaq

28-11-2017 / 16:28

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elan etdiyi  “Bax, istifadə et, yarat” adlı mobil tətbiqlər müsabiqəsi yekunlaşıb.

Xeberler.az-ın məlumatına görə, 26 noyabrda müsabiqə iştirakçıları hazırladıqları mobil tətbiqlərlə bağlı münsiflər heyəti qarşısında təqdimat ediblər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin və Yüksək Texnologiyalar Parkı MMC-nin, Best Comp Group, Microsoft şirkətlərinin mütəxəssislərindən ibarət münsiflər heyəti iştirakçıların müsabiqəyə təqdim etdiyi mobil tətbiqləri qiymətləndiriblər.

Müsabiqəyə müxtəlif şirkət əməkdaşları, universitet tələbələri, fərdi proqramçılar və startap fəaliyyəti ilə məşğul olan şəxslər qatılıblar. 9-u fərdi şəxs, 11-i komanda işi olmaqla, 20 tətbiq münsiflər heyətinə təqdim olunub.

Müsabiqə iştirakçıları tərəfindən təqdim olunan mobil tətbiqlər sosial əhəmiyyət, funksionallıq, tamlıq, dizayn və məzmun baxımından dəyərləndirilib.

Mobil tətbiqlərin hazırlanmasında daha çox Dövlət Statistika Komitəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirliklərinin Açıq Hökumət Məlumatlarından istifadə edilib.

Qeyd edək ki, qiymətləndirmə nəticələrinin açıqlanması və qaliblərin mükafatlandırılması Bakutel 2017 sərgisi çərçivəsində baş tutacaq.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.