Nazirlik mobil tətbiqlərlə bağlı müsabiqə elan edib

13-11-2017 / 16:43

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Məlumat Hesablama Mərkəzi Açıq Hökumət Məlumatlarından istifadə etməklə “Bax, İstifadə et, Yarat!” adlı mobil tətbiqlərin hazırlanması müsabiqəsi elan edib.

Bu barədə Xeberler.az-a qurumdan məlumat verilib.

Müsabiqənin məqsədi data.gov.az  portalındakı məlumatlar əsasında yeni mobil tətbiqlərin hazırlanması, Açıq Hökumət Məlumatlarından rahat istifadə, sosial yönümlü və innovativ ideyaların dəstəklənməsi və startap layihələrinin təşviq edilməsidir.

Müsabiqənin şərtləri:

-Müsabiqədə fərdi və ya komanda şəklində iştirak etmək olar. (Komanda üzvlərinin sayı 5 nəfərdən artıq ola bilməz)

-Tətbiq hazırlayarkən Azərbaycan Respublikasının “Açıq Hökumət Məlumatları” portalındakı (data.gov.az) məlumatların ən azı birindən istifadə edilməlidir.

-Təqdim edilən materiallar fiziki və hüquqi şəxslərin əqli mülkiyyət hüquqlarını pozmamalıdır.

Müsabiqədə qiymətləndirmə meyarları:

Meyar

Bal

Əmsal

1

Sosial əhəmiyyət (S)

0-10

3

2

Funksionallıq (F)

0-10

2

3

Tamlıq (T)

0-10

2

4

Dizayn (D)

0-10

2

5

Məzmun (M)

0-10

2

 

Yekun bal = 3xS+2xF+2xT+2xD+2xM

Yekun ballar eyni olduqda qiymətləndirmə daha üstün meyar üzrə müqayisə ediləcək (meyarlar cədvəldə üstünlüyünə görə sıralanıb) və üstünlük həmin meyar üzrə daha çox bal toplayana veriləcək.

 Müsabiqənin mükafatı:

1-ci yer - 2000 AZN

2-ci yer - 1500 AZN

3-cü yer - 1000 AZN

Qeyd edək ki, iştirakçı tələbələr  “Microsoft BizSpark” layihəsi çərçivəsində Microsoft-un masaüstü proqramlarını, server həllərini və Bulud imkanlarını əldə edəcəklər. Bununla yanaşı, Yüksək Texnologiyalar Parkı üçün maraqlı olan 2 layihənin müəlliflərinə 6 ay ərzində inkubasiya mərkəzində ödənişsiz ofisdən istifadə imkanı yaradılacaq;

Tələblərə uyğun mobil əlavə təqdim edən hər bir iştirakçıya “Elektron imza” sertifikatı təqdim ediləcək.

 “Bax, İstifadə et, Yarat!” müsabiqəsində iştirak etmək istəyənlər bu gündən etibarən data.gov.az portalındakı "Müsabiqələr" menyusuna keçid edərək uyğun bölmədə qeydiyyatdan keçməli və 25.11.2017-ci il saat 23:59-a qədər hazırladığı materialları (tətbiqin qaynaq kodu, işlək tətbiq və tətbiqin təqdimatı olan fayllar) təşkilat komitəsinə portal üzərindən göndərməlidirlər.

26.11.2017-ci il tarixində iştirakçılar münsiflər heyəti qarşısında müsabiqə üçün hazırladıqları mobil əlavənin təqdimatını etməlidir.

Nəticələrin açıqlanması və qaliblərin mükafatlandırılması Bakutel 2017 sərgi çərçivəsində baş tutacaq.

Məltəm Talıbzdə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə