Nazirlik və Komitədə bu işi görən strukturlar – Ləğv ediləcək

18-01-2019 / 20:34

İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsinin bir sıra strukturları ləğv ediləcək.
 
Xeberler.az  bildirir ki, bu, prezident İlham Əliyevin dünən imzaladığı "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi və gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu yalnız "ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.

Bununla əlaqədar İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsinə həmin struktur bölmələrində işləyən işçilərin tabeliklərində olan digər qurumlarda və ya struktur bölmələrində müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görmək və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.