Nazirlik vergi ödəyicilərinə 188 min 256 SMS göndərib

21-12-2016 / 10:55

Noyabr ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 15470 zəng üzrə 16925 sual cavablandırılıb və səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 5115 zəng daxil olub.

Bu barədə Xeberler.az-a Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, vergi ödəyicilərinin məlumatlandırılması üçün onlara 188256 SMS göndərilib. Vergi ödəyicilərinin istəyi ilə İkitərəfli mesaj xidmətinin istifadəçilərinə 98717 SMS göndərilib.

Cari ilin noyabr ayında Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 364578 daxilolma qeydə alınıb.

Vergi ödəyicilərinə xidmət strukturlarında qəbul edilmiş vergi ödəyicilərinin sayı 47126 nəfər, göstərilmiş xidmətlərin sayı isə 82500 olub.

2016-cı ilin 1 dekabr tarixinə vergi ödəyicilərinə ümumilikdə 251012, o cümlədən noyabr ayında 5605 sayda “ASAN İmza” sertifikatı verilib.

 Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.