Nazirlik: Şəxsi məlumatlarınız oğurlana bilər

05-02-2018 / 16:54

Son zamanlar GetContact adlanan mobil tətbiqetmə istifadəçilər arasında populyarlıq qazanıb.

Belə ki, bu proqramı telefona yükləndikdən sonra “Telefon nömrəsi” və Facebook hesabı ilə proqramda qeydiyyatdan keçmək tələb olunur. 

Bununla da sizin nömərinizin kontakınızda olan insanlar tərəfindən necə qeyd edildiyini görə bilirsiniz.

Qeydiyyatdan sonra GetContact istifadəçinin kontaktlarına və mesajlarına daxil olmaq üçün icazə istəyir. Giriş icazəsinin verilməsi istifadəçinin kontaktında olan nömrələrin müəyyən bazalarda saxlanılması və üçüncü tərəfə ötürülməsi deməkdir. Bu da gələcəkdə mobil nömrəyə spam mesajların, arzuolunmaz zərərli kontentin daxil olmasına, şəxsi məlumatlarınızın bədəməllərin əlinə keçməsinə gətirib çıxara bilər.

İstifadəçi tətbiqetmədə qeydiyyatdan keçməsə belə, onu telefonuna yükləyən şəxslərin kontaktında olan bütün nömrələr bazaya ötürülür. Bu həm də digər abunəçinin də hüquqlarının pozulmasına yol açır.

Xeberler.az bildirir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Xidməti xəbərdarlıq edib.

Naziriyin məlumatınfa bildirilir ki, tətbiqetmənin quraşdırıldığı telefonlarda proqramın Tənzimləmələr (Settings) bölməsindən istifadəçiyə aid müvafiq hesabı silmək (remove account) mümkündür.

Daha sonra mobil nömrənin GetContact bazasından silinməsi üçün istifadəçi  https://www.getcontact.com/en/unlist vebsaytında nömrəni “Unlist” bölməsində yazaraq siyahıdan çıxara bilər.

Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.