Nazirlikdə daha bir təyinat

07-05-2018 / 18:00

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  (NRYTN) Dövlət Radiotezliklər İdarəsində (DRİ) yeni təyinat olub.

Xeberler.az-ın məlumatına görə, İdarənin rəhbərliyinə Rahid Ələkbərli gətirilib.

Nazirlikdən məlumatı Xeberler.az-a təsdiqləyiblər.  

Qeyd edək ki, Rahid Ələkbərli uzun illər ölkənin telekommunikasiya operatoru və backbone provayderi olan Delta Telecom-un texniki direktoru vəzifəsində çalışıb.

Yeni təyinata qədər o, ADA Universitetinin informasiya məsələləri üzrə rəhbəri vəzifəsini icra edib.

Dövlət Radiotezliklər İdarəsi Nazirlər Kabineti yanında Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən ayrılan tezlik zolaqlarında tezlik nominallarının uçotu və həmin tezliklərdə istifadə olunan radioelektron vasitələrinin qeydiyyatını həyata keçirir. 

DRİ-nin əsas vəzifələrinə radioelektron vasitələrindən istifadə olunmasının planlaşdırılmasını, RTDK-nın qərarlarına müvafiq bu vasitələr üçün işçi tezliklərin və şəbəkə üçün çağırış siqnallarının təyin edilməsi və qeydiyyata alınması daxildir.

Həmçinin qurum radioelektron vasitələrinin və yüksəktezlikli qurğuların alınmasına, layihələndirilməsinə, tikilməsinə, (qurulmasına), istismarına, habelə bu vasitələrin radioşüalanma səviyyəsinin mövcud normalarda və dövlət standartlarına uyğunluğu üzərində nəzarət edir.

 Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.