Nazirlikdə iki şöbə birləşdirildi-Yeni təyinat

16-02-2018 / 13:47

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) daha bir yeni təyinat olub.

Xeberler.az-ın əldə etdiyi məlumata görə, Nazirliyin iki şöbəsi birləşdirilib.

Belə ki, NRYTN-in Elm, texnologiya və informasiya cəmiyyətinin inkişafı Elektron idarəçiliyin inkişafı şöbəsi bir yerdə fəaliyyət göstərəcək.

Bu şöbəyə isə Rəşad Əzizov müdir təyin olunub.

Qeyd edək ki, Rəşad Əzizov əvvəllər Milli Məclis aparatında çalışıb. O, həmçinin İKT sahəsində elmi araşdırmalarla da məşğul olub. 
R.Əzizov hüquq elmləri doktorudur. 

Mütəxəssis ""Elektron hüquqa giriş" kitabının da müəllifidir. 

İndiyə qədər Elm, texnologiya və informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri vəzifəsini icra edən İsfəndiyar Əliyev isə yeni şöbəyə müdir müavini təyin edilib.

Bir müddət öncə Elektron idarəçiliyin inkişafı şöbəsinin müdiri Elnur Aslanov vəzifəsindən azad edilib.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.