Nazirlikdə işləmək istəyənlər üçün test imtahanı başladı

23-09-2015 / 17:54

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının avqustun 14-də elan ediyi müsabiqənin test imtahanı mərhələsi bu gündən başlayıb.
 
Nazirlikdən Xeberler.az-a verilən məlumata görə,test imtahanlarına İqtisadiyyat və Sənaye Nazirliyi, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Müəllif Hüquqları Agentliyi, Milli Televiziya və Radio Şurası, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə yanaşı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vakansiyaları ilə start verilib.
 
Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə komissiya tərəfindən hazırlanmış “Dövlət qulluğuna qəbul - Test imtahanı” sistemi haqqında məlumatın video təqdimatı ilə namizədlər komissiyanın rəsmi internet saytında ətraflı tanış ola bilərlər. Təqdim edilən qrafikdə namizədlər dövlət orqanı üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa bilərlər. Həmçinin komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub da göndərilir.
 
İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur. Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.
 
Test imtahanı dünyagörüşü, o cümlədən Azərbaycan dili və Azərbaycan haqqında ümumi biliklər üzrə - 15 test tapşırığı; qanunvericilik sahəsində- 40 test tapşırığı; informasiya texnologiyaları sahəsində       - 15 test tapşırığı; məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı test bloklarından ibarət olur.
 
Hər bir namizədə test imtahanını bitirdiyi an dərhal onun nəticələrini əks etdirən arayış təqdim edilir. Eyni zamanda nəticələr komissiyanın rəsmi internet saytında da yerləşdirilir.
 
Maraqlanan şəxslər komissiyanın rəsmi internet saytı vasitəsi ilə test imtahanlarının gedişini onlayn izləyə bilərlər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə