Nazirlikdən informatika ilə bağlı xoş xəbər

05-05-2017 / 00:29

Bu gün Təhsil nazirliyi İnformatika fənni üzrə təmayül siniflərinin açılması və bu siniflər üçün kurikulumun hazırlanması ilə bağlı élan verib. Elanda kurikulumu hazırlamalı olan namizədlərə verilən tələblər də öz əksini tapıb.

Çoxdan gözlənilən bir rəsmi xəbərdi.

Məlumat verdiyimiz kimi bir müddət öncə Təhsil nazirliyi bir sıra fənlər üzrə kurikulumların hazırlanması ilə bağlı rəsmi élan vermişdi. 

Bu elanda qeyd olunan fənlərin siyahısında informatika fənninin adının olmaması ekspertlərin ciddi narazılığına səbəb olmuşdu.

Məlum olduğu kimi ötən il Təhsil nazirinin təmayül siniflərdə informatikanın əsas fənn kimi ləğv edilməsi ilə bağlı qərarı da uzun müddət idi ki cəmiyyətdə müzakirə mövzusu idi.

Təhsil nazirliyinin bu günkü elanından sonra informatika fənninin ləğvini nəzərdə tutan 2015-ci il 8 iyun tarixli Əmrində də yaxın günlərdə müvafiq dəyişikliklərin ediləcəyini gözləmək olar.

Ekspertlər düşünür ki, İnformatikanın təmayül siniflərdə yenidən bərpası İKT ixtisaslara maraığı artıracaq, bütövlükdə ölkədə informasiya cəmiyyətinin və informasiya mədəniyyətinin formalaşmasını sürətləndirəcək.

Elanın tam mətni burada.

Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.