Nazirliyə məxsus QSC-nin zərəri 7 milyon manata yaxınlaşıb

14-05-2019 / 11:43

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC (MNTM) 2018-ci ili 2 milyon 110 min manat zərərlə başa vurub.

Xeberler.az bildirir ki, qurumun maliyyə hesabatına görə, bu, 2017-ci illə 26,4% çoxdur. Mərkəzin yığılmış zərəri isə 44,2% artaraq 6 milyon 885 min manata çatıb.

Ötən il MNTM-in gəlirləri 29 min manat, xidmətlərinin maya dəyəri 156 min manat, ümumi və inzibati xərcləri isə 1 mlyn 983 min manat təşkil edib.

Bu il yanvarın 1-nə Mərkəzin aktivləri 5 milyon 755 min manat olub ki, bu da illik müqayisədə 14,5% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 9,3 dəfə 333 min manata çatıb, balans kapitalı isə 19% azalaraq 5 milyon 422 min manata düşüb.

MNTM 2014-cü ildə 3 milyon manat nizamnamə kapitalı ilə yaradılıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.