Nazirliyə yeni elektron xidmətlərin göstərilməsi həvalə edilib

18-08-2018 / 11:12

Azərbaycanda Maliyyə Nazirliyinə yeni elektron xidmətlərin göstərilməsi həvalə edilib. 

 Xeberler.az məlumat verir ki, Nazirlər Kabineti bununla əlaqədar “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısının təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Bu dəyişikliyə əsasən, Maliyyə Nazirliyi “Bələdiyyələr tərəfindən təqdim edilən rüblük maliyyə məlumatlarının qəbulu”, “Kommersiya təşkilatları və publik hüquqi şəxslər tərəfindən təqdim edilən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qəbulu”, “Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən təqdim edilən illik maliyyə hesabatlarının qəbulu”, “Qiymətli metallar və qiymətli daşlarla, onlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları ilə əməliyyatlar həyata keçirən hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən statistik hesabatların qəbulu” kimi elektron xidmətlər həyata keçirəcək.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.