Nazirliyə yeni mətbuat katibi təyin edildi

15-05-2019 / 10:24

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə mətbuat katibi təyin olunub. Bu vəzifəyə tanınmış jurnalist və teleaparıcı Günel Gözəlova gətirilib.

Xeberler.az bildirir ki, bu təyinata qədər Günel Gözəlova “Azərpoçt” MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.

Qeyd edək ki, Günel Gözəlova Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. 2000-2003-cü illərdə Azərbaycan Dövlət Televiziyasında aparıcı-jurnalist, 2003-2016-cı illərdə Lider TV-də jurnalist, televiziya və radio aparıcısı, redaktor, “Gənclər” redaksiyasının rəhbəri, “Lider Xəbər” departamentinin rəis müavini vəzifələrində çalışıb. Günel Gözəlova eyni zamanda 6 il pedaqoji fəaliyyətlə də məşğul olub. 

“Bir inci xanım”, “Mübariz”, “Şahinlər”, “Hünərin gücü”, “İnibahn zirvəsi”, “İkinci həyat”, “Xilaskar” kimi bir sıra sənədli filmlərin ssenari müəllifi və redaktoru olub. 

Televiziya və radio sahəsində xidmətlərinə görə 2016-cı ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.