Nazirliyin Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb

20-08-2015 / 12:58

Bu ilin iyulunda Vergilər Nazirliyinin Çağrı Mərkəzində canlı əlaqə zamanı 17 min 215 müraciət cavablandırılıb.

Nazirliyin mətbuat xidmətindən Xəbərlər-ə verilən məlumata görə, müraciətlərin 28,86 faizi ayrı-ayrı vergi növləri, 19,95 faizi vergi nəzarəti tədbirləri, 0,8 faizi vergi orqanlarının qərarlarından (aktlarından) və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlər, 50,39 faizi digər məsələlər barədə olub.

İyulda səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 5 min 382 zəng daxil olub ki, 2 min 852 zəng zamanı vergi borcları, 1432 zəng zamanı isə vergilərin növləri ilə bağlı suallar cavablandırılıb.

Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 325 min 30 qısa mesaj göndərilib.

Ötən ay Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə isə 360 min 196 daxilolma qeydə alınıb.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.