Nazirliyin Əsasnaməsi və strukturu təsdiq edildi-Fərman

12-01-2018 / 21:27

Məlumat verdiyimiz kimi, ötən il fevralın 13-də Pezident İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. 

Belə ki, sərəncamda o da qeyd edildi ki, Nazirlər Kabineti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə Nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.

Qeyd edilən sənədin üstündən uzun vaxt ay keçsə də, Əsasnamə hələ də hazır deyildi.

Bu məsələdə də ekspetlər arasında birmənalı qarşılanmırdı. Bir müddətdir Əsasnamə ilə bağlı müzakirələr davam edirdi.

Bu gün Prezident İlham Əliyev Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetməni təkmilləşdirmək və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyətini təmin etmək məqsədi ilə bununla bağlı Fərman imzalayıb.

Xeberler.az bildirir ki, sənəddə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə” nin təsdiq edilməsi də öz əksini tapıb. Bununla da NRYTN haqqında Əsasnamə və nazirliyin strukturu təsdiq edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının işçilərinin say həddi 190 ştat vahidi, nazirliyin yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Aparatının və regional bölmələrinin işçilərinin say həddi 145 ştat vahidi, o cümlədən Xidmətin Aparatının işçilərinin say həddi 100 ştat vahidi, Dövlət Dəniz Agentliyinin işçilərinin say həddi 65 ştat vahidi, Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin say həddi 48 ştat vahidi, nazirliyin yanında Elektron Təhlükəsizlik Xidmətinin işçilərinin say həddi 18 ştat vahidi, nazirliyin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun işçilərinin say həddi 12 ştat vahidi müəyyən edilib.

 Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.