Nazirliyin kollegiyasının yeni tərkibi təsdiqlənib

16-04-2018 / 17:52

Nazirlər Kabineti "Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərar verib.

Xeberler.az Nazirlər Kabinetinin saytına istinadən məlumat verir ki, qərara əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının üzvlərinin sayı 12 nəfərdən ibarət müəyyənləşdirilib.

Kollegiyanın sədri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə təyin edilib.


Aşağıdakılar isə kollegiyanın üzvləri təyin ediliblər :

Abdullayev Əli İzzət oğlu
-Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

 Vəlizadə Elmir Tofiq oğlu
- Nəqliyyat,rabitə və yüksək texnologiyalar nazirinin müavini

Məmmədov Rövşən Həmid oğlu
- Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri

Seyidov Mirsənani Mirsaleh oğlu
- Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri

Qəribov Adil Abdulxalıq oğlu
- Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Milli Nüvə Tədqiqatları
Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin direktoru

Həsənov Həbib Namiq oğlu
- Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi

Fərmanov Faiq Azər oğlu
-  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin direktoru

Əliyev Azər Rövşən oğlu
-Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının nəqliyyat siyasəti
şöbəsinin müdiri

Hacıyeva Sevinc Məmməd qızı
- Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının insan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsinin müdiri

Paşayev Suat Sabir oğlu
- Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud
Məsuliyyətli Cəmiyyətinin baş direktoru

Əsədov Elnar Tahir oğlu
- Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama
Mərkəzinin direktoru

 Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.