Nazirliyin nümayəndələri “Yaşıl dağ” aksiyasında iştirak edib

14-05-2016 / 21:12

 IDEA İctimai Birliyinin təşəbbüsü, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə kağız tullantıların toplanmasına həsr olunmuş "Hər kağızı bir yarpağa dəyişək" layihəsi çərçivəsində növbəti "Yaşıl dağ" sosial aksiyası keçirilib.

Kağız israfının azaldılması və təkrar emalın təşviqi yolu ilə ağacların qorunması, təbiətin mühafizəsi və ekoloji balansın saxlanılmasını hədəfləyən layihə ətraf mühitin çirklənməsinin qarşısının alınması, tullantıların düzgün idarə olunmasını təbliğ etmək məqsədi daşıyır.

Xeberler.az-ın məlumatına görə, 5 saylı Bakı ASAN xidmət mərkəzində baş tutan, dövlət qurumları, qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri, eləcə də vətəndaşların iştirak etdiyi sosial aksiyaya Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) nümayəndələri də öz töhfələrini veriblər. Aksiyada fəal iştirak edən rabitəçilər topladıqları kağız tullantıları ASAN xidmət mərkəzində yaradılmış simvolik "Yaşıl dağ"a təhvil veriblər

İndiyə qədər Sumqayıt, Sabirabad və Bərdə şəhərlərində keçirilən sosial aksiyanın bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə