Nazirliyin sabiq əməkdaşlarının ittiham aktı elan olunub

30-09-2016 / 09:17

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi Fətullah Seyidov və həmin birliyin baş mühasibi Rəşad Məmmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Xeberler.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, hər iki şəxs dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəyib və vəzifə saxtakarlığı ediblər. Bundan başqa, onlar tender zamanı öz yaxın adamlarına məxsus şirkətləri qanunsuz yollarla qalib elan ediblər.

İttiham aktında qeyd edilib ki, F.Seyidov 752 min manat, R.Məmmədov isə 37 min manat məbləği mənimsəməkdə təqsirli bilinirlər.

Hər iki şəxs özünü qismən təqsirli bilib.

F.Seyidov ittiham aktında göstərilən məbləğlə razı olmadığını deyib: "Ürək xəstəliyindən əziyyət çəkdiyim üçün atadan qalma mülkümü satıb, dəymiş zərəri ödəmişəm. İşlədiyim müddətdə deyilən sənədlərə qol çəkmişəm".

Digər təqsirləndirilən R.Məmmədov isə nizamnamə və göstəriş əsasında iş gördüyünü vurğulayıb: "Qovşağın sərbəst bank hesabı olsam da, oradan pul çıxarmaq üçün "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin (BTRİB) icazəsi tələb olunurdu. Göstərilən vəsait mənə verilməyib. Mənə bayram vaxtlarında rəhbərlik 100-200 manat pul verirdi. Lakin ittiham aktında göstərilən məbləğlər mənə verilməyib".

Prosesdə BTRİB-nin həbsdə olan keçmiş sədri Beytulla Hüseynov şahid qismində dindirilib. O, gördüyü işlərin dövlət proqramına salınan işlər olduğunu bildirib: "Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən deyilən işlərə əməl etmişik. İstintaqda verdiyim ifadəni təsdiqləyirəm".

BTRB-nın həbsə olan sabiq baş mühasibi Anar Mustafayev də şahid qismində ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslərə pul verməyib, təmir-tikinti şirkətləri ilə danışıqları olub və qovşaq rəislərinin bundan xəbəri olmayıb.

Digər şahidlər Emin Məmmədov, Bayram Vəliyev, Qulu Namazov, Yaşar Nəzərəliyev dindirilərkən ibtidai istintaqda verdikləri ifadələri təsdiqləyiblər.

Məhkəmənin növbəti iclası oktyabrın 6-na təyin edilib.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib. Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddəsi ilə ittiham olunan R.Məmmədov və F.Seyidov barəsində Binəqədi Rayon Məhkəməsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə