Need For Speed:No Limits oyunu Play Store-da

21-09-2015 / 17:38

 Need For Speed:No Limits oyunu Android telefonları üçün istifadəyə verilib.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, oyun artıq  Play Store-da yerləşdirilib.

Qeyd edək ki, hazırda oyunu Play Store-dan yükləmək mümkün deyil. Yəni, oyun həvəskarları hələlik yalnız qeydiyyatdan keçə bilərlər.

Xatırladaq ki, bir müddət əvvəl YouTube-da rəsmi kanalı üzərindən No Limits-in oyun qaydalarından bəhs edən videosu yayımlanmışdı.

Mobil oyun üçün həddindən artıq sağlam qrafiklərə malik olan No Limits küçədə avtomobil yarışıdır. Belə ki, oyunda maşını istədiyiniz kimi idarə edərək, küçədəki  polislərdən qaçırsınız.

Android istifadəçiləri oyunu ödənişsiz yükləyə bilər.

Əsmər Qabil


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə