Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azİntelecom MMC açıq tender elan edir

29-01-2019 / 11:06

Tender 1 lot üzrə keçirilir. Lot-1.“AzİnTelecom” MMC-nin mövcud şəbəkə infrastrukturunun dayanıqlığının təmin edilməsi məqsədilə şəbəkə yüklənməsinin tənzimlənməsi sisteminin texniki xidmətlərinin 1 illik yenilənməsinin satınalınması.

Xeberler.az  bildirir ki, tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Əlibəy Hüseynzadə küçəsi 74 nömrəli (əlaqələndirici şəxslər - Kamil Bektaşidən və Vüqar Yəhyazadədən) telefon- 012 200 00 74/72 ) ünvandan ala bilərlər . İştirak haqqı 1000 manatdır.
H/h- AZ30AZPO91015461200420100063
VÖEN- 9900048721
Bank- “Azərpoçt” MMC PF 1
Kod- 691011
VÖEN-9900037711
M/h-AZ76NABZ01350100000000094944
S.W.İ.F.T-AZPOAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
-Sosial Müdafiə Fonduna borcun olub- olmaması barədə arayış; 
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-əsas şərtlər toplusunda nəzərdə tutulan digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). 

Tender proseduru “Dövlət ­satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 28 fevral 2019-cu il saat 17.00-a kimi, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 11 mart 2019-cu il saat 17.00-a kimi Bakı şəhəri, Əlibəy Hüseynzadə küçəsi 74 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.  İddiaçıların təklifləri 12 mart 2019-cu il saat 15.00-da Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi 74 , “Azİntelecom” MMC-nin inzibati binasında açılacaqdır.  İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.