Nəqliyyat kartlarını nə vaxt onlayn yükləyə biləcəyik?

18-09-2017 / 11:07

Ötən il məlumat verilmişdi ki, Azərbaycanda ictimai nəqliyyatda gediş haqqını ödəmək üçün BakıKart kartlarını internet vasitəsilə yükləmək mümkün olacaq.

Qeyd edilmişdi ki, internet vasitəsilə ödənilən məbləğ sərnişinin BakıKart-ı yükləmə aparatlarındakı oxuma qurğusuna yaxınlaşdırmasından sonra avtomatik olaraq kartın balansına oturacaq. Bunun üçün həmin qurğuda internet vasitəsilə yüklənən kartlara görə yeni interfeys tətbiq ediləcək.

Məlumatın üstündən bir müddət keçsə də, bu sahədə hələlik yeni fəaliyyət müşahidə edilmir.

Xeberler.az olaraq məsələ ilə yenidən maraqlandıq.

Bakı Nəqliyyat Agentliyindən (BNA) saytımıza bildirilib ki, BakıKart sisteminin gələcək inkişaf konsepsiyasında karta onlayn yükləmələr də nəzərdə tutulub.

Məlumata görə, bununla bağlı hələlik dəqiq vaxt demək tezdir:

"Hazırda əsas məqsəd BakıKart sisteminə qoşulan marşrutların sayının artırılmasına nail olmaqdır. Bu istiqamətdə də BNA müntəzəm sərnişindaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərlə birgə iş aparır”.

Onlayn yükləmə sisteminin hazır olma məsələsinə gəlincə isə qeyd edilib ki, sistem elə mükəmməl bir əsasla hazırlanıb ki, burada hər hansı bir yeniliyi və ya dəyişiklik etmək asan başa gəlir.

Vurğulanıb ki, hazırda əsas məqsəd kartdan istifadənin miqyasını genişləndirmək olduğu üçün onlayn yükləmə məsələsi ilə bağlı konkret vaxt müəyyən edilməyib.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.