Netbook Nootbookları satış bazarından çıxaracaq

06-03-2009 / 09:07

CeBit-de sergilənən netbookların yığcam və sərfəli olması bunu deməyə əsas verir. CeBİT 2009 –da ən çox sərgilənən firmalardan biri də MSİ-dir. MSİ firması X-Slim ardıcıllığını incə Netbook seriyaları ilə təqdim edir.

Netbook çox böyük diqqət çəkib. Məhsulun əsas xüsusiyyəti yığcam və asan daşınan olmasıdır. Geniş iş imkanları təqdim edən məhsulun parametrləri belədir: Ən qalın yeri – 19,8 mm Ən incə yeri – 6 mm Çəkisi - Bateriya ilə birlikdə 1,3 kq Ekran böyüklüyü – 13 düym Netbook-u incəliyinə görə “Apple Şirkətinin Mackbook Air”inə rəqib olaraq göstərirlər. 16:9 nisbətində, 1366 x 768 dəqiqliyi dəstəkləyən məhsul İntel Centrino (X340) və İntel Atom (X320) prosessorlu olmaq üzrə iki ayrı model olaraq bazaar çıxarılacaq. Standart olaraq 2 GB yaddaşa sahib olan X-Slim silsiləsində X340, eyni zamanda HDMI yuvasına sahib və Blu-Ray dəstəyi də var. Hətta WIMAX imkanına da malikdir. X-Slim ardıcıllığından 15 düymlük və təkcə 2 kq ağırlığındakı X600 modeli də yaxınlarda satışa çıxarılacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə