Netty 2010 Milli İnternet mükafatı sahiblərinə təqdim edildi

18-05-2010 / 11:14
 

17 may Telekommunikasiya və İnformasiya cəmiyyəti günündə Netty 2010 Milli İnternet Mükafatı uğrunda mübarizə aparan saytlar bügün öz qaliblərinə təqdim edildi.

 

İdman saytı nominasiyasında "Xəzər-Lənkəran" Futbol Klubunun www.lankaranfc.com saytı qalib oldu.

 

Ən yaxşı dövlət saytı nominasiyasında www.tqdk.gov.az  saytı Netty 2010 mükafatına layiq görüldü.

 

Cəmiyyət nominasiyasında www.adam.az saytı, İnformasiya və xəbərlər nominasiyasında www.infocity.az İT haqqında online jurnalı qalib gəldi.

 

Korporativ saytlar nominasiyasının qalibi www.demirbank.az saytına görə Dəmirbanka təqdim edildi.

 

Elm və təhsil nominasiyası uğrunda gedən mübarizədə www.bala.az, Mədəniyyət saytı nominasiyasında Azərbaycan Yazıçılar Birliyinin Mediatekası http://mediateka.musigi-dunya.az/ saytı qalib gəldi.

 

Şəxsi sayt qismində www.diabet.az, əyləncə saytı nominasiyasında www.open.az saytı mükafata layiq görüldü.

 

Servis-saytlar nominasiyasının qalibi avtomobillərin internet satışı ilə məşğul olan http://autobaku.az/ saytı mükafat qazandı. Elektron-kommersiya saytı olan Azərbaycanda ilk skandinaviya auksiyonu www.sinta.az qalib oldu.

 

Azərbaycan nominasiyasında Azərbaycan Tarixi Portalı http://www.history.az/ qalib elan edildi.

 

Müsabiqədən kənar bir neçə sayt da Netty mükafatına layiq görüldü. Ən faydalı sayt qismində www.navigator.az, İlin İT hadisəsi nominasiyasında isə 3G texnologiyalarının tətbiqedilməsi üzrə Azerfon şirkəti mükafata layiq görüldülər.

 

İnformasiya Texnologiyalarının zənginləşdirilməsi üzrə Netty 2010 mükafatına keçən il Dövlət tərəfindən təltif edilmiş, Azərbaycanın ilk provayderi olan İntrans şirkətinin prezidenti Faiq Fərmanov mükafata layiq görüldü.

 

Hər il Telekommunikasiya və İnformasiya cəmiyyəti günündə ali məktəb komandaları arasında informasiya üzrə olimpiada keçirilir. Artıq 5-ci dəfədir ki, keçirilən olimpiadanın təşkilatçıları Heydər Əliyev Fondu, RİTN, Təhsil Nazirliyi və Milli Elmlər Akademiyasını İnformasiya Texnologiyaları İnstitutudur. Olimpiadanın qaliblərinə RİTN-nin İnformasiya və Kommunikasiya texnologiyaları şöbəsinin sədri Rüfət Gülməmmədov tərəfindən hədiyyələr təqdim etdi. Qalib Bakı Dövlət Universitetinin komandası oldu.

 

Netty Milli İnternet Mükafatı 2004-cü ildə Ruslan Novruzov tərəfindən təsis edilmişdir. Netty Mükafatı bu il artıq 6-ci ildir ki, keçirillir.

                                                                                   

                                                                                       Nəcəfova Jalə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə