Netty 2012 Milli İnternet Mükafatı start verib

12-04-2012 / 17:50
Milli internet mükafatı olan “Netty 2012” start verib. Eyni zamanda mayın 31-nə kimi davam edəcək müsabiqə iştirakçılarının və virtual münsiflər heyətinin qeydiyyatına başlanılıb. 
Müsabiqə 12 əsas və 2 əlavə nominasiya üzrə keçirilir. İştirakçılar və virtual münsif heyəti qeydiyyatdan keçən, müsabiqə şərtlərini təmin edən və mükafatın təşkilat komitəsi tərəfindən bəyənilən www.netty.az saytın ziyarətçisi olan istənilən şəxs ola bilər. 
Müsabiqənin finalçıları iyunun 1-dən 9-na kimi Ekspertlər şurası və Virtual jürinin (şura hər nominasiya üzrə 3 nominant, jüri i sə hər nominasiya üzrə 1 nominanat seçir) paralele səsverməsi ilə müəyyənləşəcək. 
İyunun 10-da Netty akademiyası finalçılar arasında qalibi elan edəcək. 
Akademiya oyundan kənar nominasiyalar üzrə səsverməni paralel olaraq keçirəcək.  
“Netty 2012”nin oyundan kənar nominasiyalar üzrə qalibləri  iyunun 17-də təntənəli mərasimdə elan olunacaqlar. 
Mərasimdə həmçinin "Milli informasiya texnologiyalarının inkişafına verdiyi töhfəyə görə" fəxri və “İlin İT hadisələri” kateqoriyası üzrə mükafatları veriləcək. 
Qeyd edək ki,  Netty 2012 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir. 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə