“NETTY 2015”-in nominantları müəyyən edilib

06-05-2015 / 12:04

"NETTY 2015" Azərbaycan Milli İnternet Mükafatının nominantları müəyyən edildi.  Qaliblər rəsmi mükafatlandırma mərasimində elan olunacaq.

Xəbərlər-in aldığı məlumata əsasən Virtual Jüri və Ekspert Şurasının səsverməsi nəticəsində müsabiqəyə 200-dən çox sayt, layihə və proqram təminatı qəbul edilib, lakin 40-dan çox resurs seçilib və onlar artıq mükafatın nominantlarıdır.
 
Nominantların yekun siyahısı ilə "http://netty.az/az/nominants"  saytında tanış ola bilərsiniz. Artıq mükafatın akademiyası səsverməyə başlayıb. Qaliblər rəsmi mükafatlandırma mərasimi zamanı 20  may tarixində elan olunacaq.
 
Qeyd edək ki, akademiyanın üzvləri daxili səsvermə əsasında hər nominasiya üzrə bir qalibi müəyyən edəcəklər. Akademiyanın qərarı ilə "Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsinə görə" və "İlin İT hadisəsi" fəxri nominasiyalarında qaliblər elan olunacaq.  Həmçinin "Mobil qurğular üçün ən yaxşı proqramlar" nominasiyasında qaliblərin mükafatlandırılması həyata keçiriləcək.  
 
Cari ildə müsabiqə Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm nazirliklərinin  hərtərəfli dəstəyi ilə keçirilir. 
 
"NETTY" Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. "NETTY" - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, İT bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində  Azərbaycanın ilk peşəkar mükafatıdır. 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə