NETTY 2016-nın qalibləri açıqlandı

20-05-2016 / 21:40

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstək verdiyi NETTY 2016 Azərbaycan Milli İnternet Mükafatının qalibləri elan olunub.

Xeberler.az-ın məlumatına görə, NETTY 2016 nominantlarını müəyyən etmək məqsədilə Ekspert Şurasının və Virtual münsiflər heyətinin paralel səsverməsi həyata keçirilib.

8 may tarixində Ekspert şurasının (Şura hər nominasiya üzrə üç nominant seçir) və Virtual münsiflər heyətinin (münsiflər heyəti iştirakçıların ümumi sayından "Şəbəkənin seçimi" nominasiyasında üç nominant seçir) seçiminə əsaslanaraq, NETTY Akademiyasının səsverməsi olub.

Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edib.

Müsabiqədən kənar fəxri və həvəsləndirici nominasiyalar üzrə də səsvermə keçirilib.

Bu gün Hyatt Regency mehmanxanasında NETTY-2016 Azərbaycan Milli İnternet Mükafatının təntənəli təqdimat mərasimi keçirilib.

Mərasimdə ölkənin iri İT şirkətlərinin nümayəndələri, mükafatın nominantları, KİV nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər.

Tədbirdə iştirak edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, artıq 10 ildən artıq bir müddətdir ki, NETTY Azərbaycan Milli İnternet Müsabiqəsi uğurla keçirilir və bu müsabiqə internet resurslarının inkişafı üçün stimullaşdırıcı amillərdən biridir. Müsabiqədə qalib gələn nominantları təbrik edən nazir müavini onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra  cari ilin ən uğurlu milli veb saytlarının və layihələrin adları açıqlanıb:

• Dövlət sayt - www.metro.gov.az

• Azərbaycan - shahdag.az

• Elm və təhsil - www.mk.musigi-dunya.az

• Mədəniyyət və incəsənət - www.mugamcompetion.az

• Cəmiyyət - www.asanyouth.az

• İnformasiya və xəbərlər - www.avtostop.tv

• Servis sayt - www.events.az

• Korporativ sayt - www.pashatravel.az

• Elektron Kommersiya sahəsində ən yaxşı sayt -  www.arshinmalalan.az

• Əyləncə - www.igo.az

• İdman - www.bakucitycircuit.com

• Şəxsi sayt - www.tutudiet.com

•Şəbəkənin seçimi - www.dns.az

"Ölkədə informasiya texnologiyalarının inkişafına istiqamətlənən xidmətlərə görə" fəxri nominasiyada Fərid İsmayılzadə qalib  elan olunub. 

Dövlət Gömrük Komitəsinin "Malların və nəqliyyat vastələrinin gömrük rəsmiləşdirilməsi üzrə e-gömrük bəyannaməsinin qəbulu sistemi"nin tətbiq edilməsi "İlin İT hadisəsi" kimi müəyyən edilib.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə