NETTY2019 ərizələrin qəbulunu davam etdirir və suallara cavab verir

30-04-2019 / 08:57

Azərbaycanda “NETTY2019”un Milli İnternet Mükafatı davam edir. Müsabiqə çərçivəsində əhəmiyyətli veb-resursların, ən yaxşı Azərbaycan İT layihələrinin, informasiya texnologiyaları sahəsində qabaqcıl xadimlərin adları çəkilir. Texnologiyanın inkişafına və tərəqqisinə istiqamətləndirilmiş trendlər, innovasiyalar və proqressiv ideyalar qeyd olunur.

Xeberler.az  bildirir ki? müsabiqə iştirakçılarının ərizə qəbulu, virtual münsiflər heyətinin və ekspert şurasının formalaşması 15 may 2019-cu il tarixinədəkwww.netty.az saytında davam edəcək. Hazırda artıq 100-dən artıq müxtəlif ərizələr təqdim olunub.

Qaliblər “İlin İT hadisəsi”, “Milli informasiya texnologiyalarının zənginləşdirilməsinə görə”, “İlin mobil proqramı”, “Sosial şəbəkələrdə ən yaxşı səhifə”, “Ən yaxşı onlayn videolayihə” kimi nominasiyalarda və ölkənin ən yaxşı veb-resurslarını müəyyən edən 10 nominasiyada  müəyyən ediləcəklər.

MÜSABİQƏDƏ NECƏ İŞTİRAK ETMƏLİ?

Səsvermənin başlanğıcına qədər müsabiqənin bir hissəsi olmaq üçün bir neçə variant var - iştirakçı olmaq, virtual münsiflər heyətinin üzvü, müsabiqənin eksperti.

“İştirakçılar” - mükafatın saytında öz layihələrini, proqramlarını, veb-resurslarını, sosial şəbəkələrdə səhifələrini qeydiyyatdan keçirən istifadəçilərdir.

“Virtual münsiflər heyəti” internet-istifadəçilərdən formalaşdırılır. 24 mayadək mükafatın saytında qeydiyyatdan keçən bütün istifadəçilər münsiflər heyətinin üzvü ola bilər və müsabiqə nominantlarının seçilməsində iştirak edə bilər. Qeydiyyatdan keçməyə və sevimli resursları dəstəkləməyə tələsin.

“Ekspert şurası” müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşdırılır və dizayn, proqramlaşdırma, marketinq, jurnalistika və digər sahələrdə mütəxəssis olan şəxslər tərəfindən təmsil olunur. Özünüzü ekspert hesab edirsiniz? Xülasənizi təşkilatçılara göndərin.

QALİBLƏR NECƏ MÜƏYYƏN EDİLİR?

Birinci mərhələdə iştirakçıların ümumi sayından nominantlar müəyyən olunur, ikinci mərhələdə isə qaliblər elan olunur.

Birinci mərhələ üçün “Virtual münsiflər heyəti” və “Ekspert şurası” cavabdehlik daşıyır. Virtual münsiflər heyəti “Virtual münsiflər heyətinin seçimi” nominasiyasında müsabiqə iştirakçılarının ümumi sayından üç nominantı seçir. Ekspert şurası mövcud nominasiyalardan hər birində üç nominantı seçir.

İkinci mərhələ: səsvermə nəticəsində əldə edilmiş nominantların siyahısı “NETTY akademiyası”nın müzakirəsinə ötürülür. “NETTY akademiyası” Azərbaycanın ictimai, dövlət və biznes-strukturlarda fəaliyyət göstərən nüfuzlu şəxslərlə təmsil edilir. Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edir.

SƏSVERMƏ NƏ VAXT BAŞLAYIR?

Səsvermə 15 maydan 22 mayadək keçiriləcək. Bu dövrdə Ekspert şurası və Virtual münsiflər heyəti nominantların yekun siyahısını formalaşdırır.

1 iyunda “NETTY akademiyası” qaliblərin müəyyən edilməsi üçün səsvermə başladacaq.

MÜKAFATIN NOMİNANTLARI VƏ QALİBLƏRİ NƏ ƏLDƏ EDİRLƏR?

“NETTY2019” bütün ölkədən maraqlı və proqressiv insanları toplayan unikal tədbirdir. Mərasimin keçirilməsi iyunun başlanğıcında nəzərdə tutulub.

Mərasimə mükafatın bütün nominantları dəvət olunur. Qalibləri təntənəli mükafatlandırma mərasimində rəsmi olaraq elan edilirlər. Müsabiqənin əsas mükafatı olan “NETTY” heykəlciyi qaliblərə təqdim edilir, nominantlar müvafiq diplomları alırlar. Mükafatın çoxsaylı partnyorları faydalı hədiyyələri təqdim edirlər. KİV-in və internet-auditoriyaların diqqəti təmin olunur.

Cari ildə müsabiqə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir.

Mükafatın baş partnyoru - “NAR”.

Qızıl partnyor - “AZCLOUD”.

Gümüşü partnyor - “FOMINOV Consulting”.

“BakuTel” sərgisi, “SmartHost” şirkəti, “Golden Pay” şirkəti, “Renley.az” veb-agentliyi mükafatın partnyorları qismində çıxış edirlər.

Layihənin informasiya partnyorları: Infocity.az, Technote.az, Oxu.az, Media.az, Urban.az, DeJure.az saytları, CBC və ITV telekanalları.

“NETTY” Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. “NETTY” - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində  Azərbaycanın birinci peşəkar mükafatıdır. 

Mükafatla bağlı əməkdaşlıq məsələləri üzrə [email protected] ünvanına müraciət edə bilərsiniz.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə