NEXT STEP-ə müraciət edən startapların sayı açıqlanıb

10-08-2016 / 16:51

NEXT STEP İnnovasiya Mərkəzinin elan etdiyi 4-cü "Öz İdeyanı Gerçəkləşdir!" Layihə Müsabiqəsinə bu günə kimi 50-ə yaxın layihə müraciət edib.

Xeberler.az bildirir ki, bu barədə Mərkəzin məlumatında qeyd edilib.

Qeyd edək ki, NEXT STEP İnnovasiya Mərkəzi  iyulun 1-dən“Öz İdeyanı Gerçəkləşdir!” Layihə Müsabiqəsinin 4-cü proqramına başlayıb.  

Müsabiqəyə qeydiyyat sentyabrın 1-nə qədər davam edəcək.

  NEXT STEP İnnovasiya Mərkəzinin internet səhifəsinə (www.icnextstep.com/project) daxil olaraq layihə qəbul forması doldurmalıdır.

Müsabiqədə iştirak şərtləri, layihələrin öncədən dinlənilməsi və digər məsələlər üçün iyulun 1-dən seminarlar və kansultasiyalar veriləcək.

Müsabiqə şərtlərinə cavab verən layihə rəhbərlərinə  sentyabrın 10-a qədər  müsabiqədən keçib-keçmədikləri haqqında məlumat veriləcək.  Bu mərhələdən keçən layihələrin təqdimat gününə hazırlaşmaları üçün əlavə təlimatlar veriləcəkdir.

 4-cü “Öz İdeyanı Gerçəkləşdir!” Layihə Müsabiqəsinin qaliblərini bu dəfə 3 aylıq proqram çərçivəsində daha geniş imkanlar gözləyir. Bunlar aşağıdakılardır:

-  Tam təchizatlı müasir dizaynlı ofis şəraiti

-   Həftəlik layihə əsaslı ABŞ-dan mentor dəstəyi – Professor Naeem Zafar

-   Həftəlik ümumi ABŞ-dan “Təşəbbüskarlıq” təlimi – Rick Rasmussen

-   Məhsul istehsalı olan layihə üçün laboratoriya şəraiti və avadanlıqların təşkilinə dəstək

-   Minimum tələbatı ödəmək üçün ayda 2000 AZN-ə qədər maddi dəstək

 NEXT STEP İnnovasiya Mərkəzi 2015-ci ilin may ayından fəaliyyət göstərir. Fəaliyyət müddəti ərzində 3 müsabiqə həyata keçirib.

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə